Rusiya Milli Kitabxanası
From Wikipedia, the free encyclopedia
Rusiya Milli Kitabxanası (RMK, Ruscaː Российская национальная библиотека, РНБ) ― Sankt-Peterburqda yerləşən Rusiya Milli Kitabxanası Rusiyanın ilk milli kütləvi kitabxanası, hal-hazırda RF-da mövcud olan üç milli kütləvi kitabxanadan biri, dünyanın ən böyük kitabxanalarından biri; 1795-1917-ci illərdə İmperator Kütləvi Kitabxanası; 1917-1925-ci illərdə Rusiya Kütləvi Kitabxanası; 1925-1992-ci illərdə Dövlət Kütləvi Kitabxanası; Rusiya Federasiyasında ikinci ən böyük kitabxana kolleksiyasına, milli irs xəzinəsinə malik müəssisə və Ümumrusiya İnformasiya, Tədqiqat və Mədəniyyət Mərkəzi. Kitabxana bütün tarixi boyunca milli çap məhsullarını əldə etməyi və sahib olduğu kolleksiyaların pulsuz şəkildə əlçatanlığının təmin edilməsini qarşısına məqsəd qoymuşdur.