1808–1809-cu illərdə Rusiyanın İsveçə qarşı apardığı müharibə / From Wikipedia, the free encyclopedia
1808–1809-cu illərdə Rus-İsveç müharibəsi (Finlandiya müharibəsi), İsveç və fin tarixşünaslığında Fin müharibəsi adlanır — Fransa və Danimarka tərəfindən dəstəklənən Rusiyanınİsveçə qarşı apardığı müharibə. Rus-İsveç müharibələrindən sonuncusu.
Müharibə Rusiyanın qələbəsi və Fridrixsqam sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə əsasən Finlandiya İsveçdən alınaraq Böyük Finlandiya knyazlığı adı ilə Rusiya imperiyasının tərkibinə daxil edildi.