Rus-çeçen münaqişəsi
münaqişə / From Wikipedia, the free encyclopedia
Rus-çeçen münaqişəsi (rus. Чеченский конфликт, Çeçenskiy konflikt) - Rusiya (bir müddət Sovet İttifaqı) dövləti ilə müxtəlif çeçen qüvvələri arasında çox vaxt silahlı, əsrlər boyu davam edən qarşıdurmadır. Formal hərbi əməliyyatların 1785-ci ilə uzanmasına baxmayaraq, münaqişənin kökləri daha uzaq keçmişdə axtarıla bilər.[1][2]
Rus-çeçen münaqişəsi | |||
---|---|---|---|
| |||
Tarix | 1785-davam edir | ||
Yeri | Şimali Qafqaz | ||
Nəticəsi |
Rusiyanın qələbəsi - 1864 Çeçenistanın qələbəsi - 1996 Rusiyanın qələbəsi - 2009 |
||
Ərazi dəyişikliyi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Rusiya İmperiyası əvvəllər müttəfiqi Gürcüstan və onun düşmənləri olan Səfəvilər və Osmanlı İmperiyasına bir keçid nöqtəsi olması xaricində, Şimali Qafqazın özünə çox az maraq göstərmişdi, lakin Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli artan gərginlik çeçenlərin Rusiya varlığına qarşı 1785-ci ildə üsyanı ilə nəticələndi. Bu hadisələri daha sonrakı toqquşmalar və 1817-ci ildə başlayan Qafqaz müharibəsi izlədi. Rusiya yalnız 1864-cü ildə çeçen üsyançıları yatırtmağa müvəffəq oldu.
Rusiya vətəndaş müharibəsi dövründə çeçenlər və digər Qafqaz xalqları 1921-ci ildəki sovetləşməyə qədər bir neçə il müstəqillik şəraitində yaşayırdılar. İkinci Dünya müharibəsi zamanı almanların Qafqazı işğalını Sovet rejiminə qarşı üsyan fürsəti olaraq görən çeçenlər, buna cavab olaraq 1957-ci ilə qədər geri qayıda bilmədikləri və və qalmaq məcburiyyətində olduqları Orta Asiyaya sürgün edildilər
Çeçenlərlə Rusiya hökuməti arasında ən son münaqişə 1990-cı illərdə baş verdi. 1991-ci ildə Sovet İttifaqı dağılanda çeçen separatçıları müstəqilliklərini elan etdilər. 1994-cü ilin sonlarında Birinci Çeçenistan müharibəsi başladı və iki il davam edən döyüşlərdən sonra Rusiya qüvvələri bölgədən çıxdı. 1999-cu ildə döyüşlər yenidən başladı və növbəti il Rusiya təhlükəsizlik qüvvələri Çeçenistan üzərində tam nəzarəti əldə etdi.