Romeo və Cülyetta
From Wikipedia, the free encyclopedia
Romeo və Cülyetta (ing. The Most Excellent and Lemantable Tragedy of Romeo and Juliet) — İngilis dramaturqu Vilyam Şekspirin yazdığı bir əsərdir.İngilis ədəbiyyatının klassiklərindən biri olan əsər, müəllifin ən məşhur pyeslərindən biridir. Əsərin 1591–1596-cı illərdə yazıldığı güman edilir. Dünya ədəbiyyatında klassik bir mövzu olan bir -birini sevən iki düşmən ailənin gənclərinin sevgi macərasından bəhs edir.Hekayənin mənbəyi İngilis şairi Artur Broukun 1562-ci ildə nəşr olunan "Romeo və Cülyettanın faciəli hekayəsi" uzun şeirinə əsaslanır. Şekspir bir çox köməkçi personajla hekayəni inkişaf etdirdi, onu orijinal bir əsər halına gətirdi. Əsər ilk dəfə 1594-cü ildə səhnələşdirilmişdir. Opera, balet və kino üçün dəfələrlə uyğunlaşdırılmışdır.
Romeo və Cülyetta | |
---|---|
Yazıçı | Uilyam Şekspir |
Orijinal dili | ingilis dili |
Mövzu | qadağan sevgi[d] |
Janr | faciə[1], melodram[2] |
Mövzudakı hadisənin yeri | Verona, Mantova[d] |
Vikianbarda əlaqəli mediafayllar |