Roçester Universiteti
From Wikipedia, the free encyclopedia
Roçester Universiteti — Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində özəl tədqiqat universiteti.[3]
Roçester Universiteti | |
---|---|
43°07′42″ şm. e. 77°37′42″ q. u. | |
Əsası qoyulub | 1850 |
Tələbə sayı | 11.741[1], 10.778[2] |
Ölkə | |
Sayt | rochester.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 1850-ci ildə təsis edilib və 1955-ci ildə Cenesi çayının yanında yerləşən indiki kampusuna köçürülmüşdür.
Təxminən 30,000 tam ştatlı işçisi olan universitet Nyu-Yorkda ən böyük özəl və bütün Nyu York ştatında yeddinci ən çox işçi qəbul edən müəssisədir.[4]
Universitet beş kampusda yerləşən yeddi məktəbdə 160 bakalavr və 30 magistr proqramı təklif edir.[5][6]
Roçester Universiteti ""R1: Doktorantura Universitetləri — Çox Yüksək Tədqiqat Fəaliyyəti" assosiasiyasının üzvüdür.[7][8]
Universitetin məzunları arasına 13 Nobel Mükafatı, 9 Milli Elm Medalı, 13 Pulitser Mükafatı, 45 Qremmi Mükafatı və 20 Guggenheim Təqaüdünün laureatları daxildir.[9]