Riqoberta Mençu
From Wikipedia, the free encyclopedia
Riqoberta Mençu Tum (isp. riɣoˈβeɾta menˈtʃu; 9 yanvar 1959-cu il təvəllüdlü)[3] Kiçeli yerli feminist[4] və Qvatemalalı insan haqları müdafiəçisi.
Riqoberta Mençu | |
---|---|
Doğum tarixi | 9 yanvar 1959(1959-01-09)[1][2][…] (65 yaş) |
Fəaliyyəti | siyasətçi, yazıçı, avtobioqraf[d], insan hüquqları fəalı |
Vikianbarda əlaqəli mediafayllar |
Mençu, həyatını Qvatemala Vətəndaş müharibəsi (1960-1996) dövründə və sonrasında Qvatemala aborigenlərinin hüquqlarının təbliğinə və yerlilərin hüquqlarının beynəlxalq səviyyədə təbliğinə həsr etdi.[5]
Digər nüfuzlu mükafatlarla bərabər 1992-ci ildə Nobel sülh mükafatını və 1998-ci ildə Asturiya Şahzadəsi mükafatını aldı. O, Riqoberta Mençu (1983) avtobioqrafik əsərinin qəhərmanıdır və digər əsərləri ilə yanaşı "Sərhədləri keçmək" (1998) avtobioqrafik əsərinin müəllifidir. Mençu UNESCO-nun xoşməramlı səfiridir. Ölkənin ilk yerli siyasi partiyası olan Vinaqı quraraq,2007 və 2011-ci illərdə Qvatemala prezidentliyinə namizədliyini irəli sürmüşdü.