Rias Qremori
From Wikipedia, the free encyclopedia
Rias Qremori (リアス・グレモリー, Riasu Guremorī?) — İçiey İşibumi tərəfindən yazılmış və əsasında anime və manqa adaptasiyaları istehsal olunmuş "High School DxD" ranobe seriyasından personaj. Rias ranobe seriyasının protaqonisti İssey Hyodonun sevdiyi qızdır. O, mələklərin, iblislərin və düşmüş mələklərinin də təhsil aldığı Kuo Akademiyasının tələbəsidir. "High School DxD"-də hadisələr üç fərqli irqin – mələklərin, iblislərin və düşmüş mələklərin müharibə etdiyi dünyada baş verir.
Rias Qremori | |
---|---|
Rias Qremorinin "High School DxD" ranobe seriyasının 1-ci cildində Miyama-Zero tərəfindən çəkilmiş təsviri. | |
Franşiz(lər) | "High School DxD" |
Nəşriyyat | Fujimi Shobo / TNK |
Yaradan | İçiey İşibumi |
Səsləndirən | Yoko Hikasa (yapon) Ceymi Marçi (ingilis) |
Manqada | var |
Animedə | var |
Profil | |
Növü | saf qanlı iblis |
Cinsi | qadın |
Ləqəb(lər)i | Ria-tan, Məhv imperatriçası, Destruksiya şahzadəsi |
Komandaları | 72 Sütun, Qremori klanı, Kuo Akademiyası, Okkult Tədqiqat Klubu, DxD, Hyodo evi |
Gücləri | Destruksiya gücü, Qırmızı ölgün draqonar |
Dərəcəsi | Yüksək səviyyəli iblis, Kral |
Yüksək dərəcəli iblis klanı olan Qremori klanının üzvü olan Rias düşmüş mələk Reyner tərəfindən öldürülən İsseyi xilas edir. Növbəti səhər oyanan İssey hər şeyin yuxu olduğunu düşünür, amma Riasın çılpaq vəziyyətdə otağında yatdığını görür. Rias özünün iblis olduğunu, onu iblis kimi yenidən diriltdiyini və onun ustası olduğunu açıqlayır. O, Kuo Akademiyasındakı Okkult Tədqiqat Klubunun başçısıdır. İssey və klubun digər üzvləri müxtəlif təşkilat və qurumlarla əlaqə saxlayırlar. Bəzən iblis təşkilatları onları Reytinq oyunları adlandırılan və klan üzvlərinin şahmat fiqurları rolunda çıxış etdikləri ölüm oyunlarına dəvət edir.
Rias əsasən müsbət rəylər almışdır. Tənqidçilər personajın dizaynını, şəxsiyyətini və İssey ilə münasibətini, eləcə də, cazibədarlığını tərifləmişdirlər. Riasın keçmişi də tənqidçilər tərəfindən bəyənilmiş, lakin bəzi tənqidçilər onun xarakterini maraqsız hesab etmişdirlər. Rias anime və manqa fanatları arasında böyük populyarlıq əldə etmişdir. Personaj müxtəlif personaj siyahılarında və sorğularında peyda olmuşdur. Riasa həsr olunmuş bir çox oyuncaq və videooyunlar buraxılmışdır. Kospleyerlərin tez-tez üstünlük verdiyi personajlardan biridir.