Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu
From Wikipedia, the free encyclopedia
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu — ABŞ-nin Alyaska ştatında yerləşən milli parkı və qoruq. Milli park Ankoric şəhərinin qərbində yerləşmiş olub sahəsi 33.682,5 km2-dır. ABŞ-nin ən böyük milli parkıdır. ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Qoruq ilə birlikdə sahəsi 53.320.757 km2-dır.
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu | |
---|---|
Wrangell–St. Elias National Park and Preserve | |
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya) və II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1980 |
Ziyarətçi sayı |
|
Yerləşməsi | |
61°26′06″ şm. e. 142°57′13″ q. u. | |
Ölkə | |
nps.gov/wrst/index.htm | |
Tipi | Təbii |
Kriteriya | (vii), (viii), (ix), (x) |
Tarixi | 1979 (3-cü sessiya) |
Hissəsi | Kluane / Wrangell–St. Elias / Glacier Bay / Tatshenshini-Alsek |
İstinad nöm. | 72ter |
Vikianbarda əlaqəli mediafayllar |
Milli park ABŞ-nin ikinci ən hündür zirvəsi olan 5.389 m hündürlüyündəki Sent-Elayas dağını və ətrafındakı əraziləri qorumaq məqsədi ilə qurulmuşdur. Dağın dəniz sahilindən cəmi 16 km uzaqda olması onun necə dik dağ olduğunun göstəricisidir. Bu parkın yaxınlığında ABŞ-Kanada sərhədi yerləşir. Bu dağlıq bölgənin Kanadada qalan hissəsi Kluan Milli Parkı adı ilə qorunur və bu zaman Sent-Elayas dağı Kanada üçün ikinci ən hündür zirvə sayılır. Bu milli parkın cənubunda Qlasier Körfəzi Milli Parkı yerləşir. Rangel-Sent-Elayas Milli Parkının 3.674 km²-lik bir hissəsi ABŞ-nin ən böyük ""Vəhşi Bölgəsi" elan olunmuşdur.