Rəngli inqilab
From Wikipedia, the free encyclopedia
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir.[1] Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.