Quadakanal dəniz döyüşü, digər adları ilə Üçüncü və dördüncü Savo adası döyüşləri, Solomon adaları döyüşü, On üçüncü cümə günü döyüşü və ya yapon mənbələrində Üçüncü Solomon dənizi döyüşü – İkinci dünya müharibəsi zamanı Sakit okean cəbhəsindəki Solomon adalarında Müttəfiqlərlə (əsasən ABŞ) Yaponiya arasında aylarla davam edən Quadalkanal hərəkatının 12-15 noyabr 1942-ci il tarixlərində baş verən həlledici döyüşlər seriyası. Həm hava, həm dəniz döyüşlərinə səhnə olan bu döyüşlər seriyası Quadalkanal adasının yaxınlığında başlamış və 4 gündən çox davam etmişdir. Toqquşmalar Yaponiyanın Müttəfiq qüvvələri adadan çıxarmaq cəhdləri və ABŞ-nin buna müqavimət göstərməsi ilə başlamışdır. ABŞ donanmasının iki admiralı quru toqquşmaları zamanı öldürülmüşdür.
Cəld faktlar Tarix, Yeri ...
Quadalkanal dəniz döyüşü |
---|
İkinci dünya müharibəsində Sakit okean cəbhəsi |
12 noyabr 1942-ci ildə Quadalkanalda vurulmuş iki Yaponiya təyyarəsindən çıxan tüstülər. Şəkil USS President Adams gəmisindən çəkilmişdir. Sağındakı gəmi USS Betelgeuse-dir. |
Tarix |
12-15 noyabr 1942 |
Yeri |
Quadalkanal, Solomon adaları |
Nəticəsi |
ABŞ-nin strateji qələbəsi |
|
|
1 aviadaşıyıcı 2 döyüş gəmisi 2 ağır kreyser 2 yüngül kreyser 12 eskadra mina gəmisi
|
2 döyüş gəmisi 6 ağır kreyser 4 yüngül kreyser 16 eskadra mina gəmisi 11 nəqliyyat gəmisi
|
|
I faza (13 noy): 2 yüngül kreyser 4 eskadra mina gəmisi II faza (14-15 noy): 3 eskadra mina gəmisi 1 döyüş gəmisi Plus (13-15 noy): 36 təyyarə 1732 ölü
|
I faza: 1 döyüş gəmisi 1 ağır kreyser 2 eskadra mina gəmisi 7 nəqliyyat gəmisi II faza: 1 döyüş gəmisi 1 eskadra mina gəmisi 4 nəqliyyat gəmisi Plus: 64 təyyarə 1900 ölü
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Müttəfiq qüvvələr 7 avqust 1942-ci ildə Quadalkanalda quruya çıxmış, o vaxt Yaponiya tərəfindən tikilməkdə olan, daha sonra isə Henderson sahəsi adlanacaq hava sahəsini ələ keçirmişdirlər. Bundan sonra Yaponiya ordusu və donanması Quadalkanala gəmilər göndərərək hava sahəsini yenidən ələ keçirmək istəmiş, lakin cəhdləri baş tutmamışdır. 1942-ci ilin noyabrında Yaponiya hava sahəsini yenidən ələ keçirməyə cəhd etmək üçün 7000 əsgərdən ibarət qoşunu adaya göndərmişdir. Qoşunları təhdid edən Müttəfiq təyyarəsini məhv etmək məqsədilə bir neçə Yaponiya gəmisi Henderson hava sahəsini bombardman etməklə vəzifləndirilmişdir. Yaponiyanın hücumundan xəbərdar olan ABŞ qüvvələri hava sahəsini qorumaq və Yaponiya quru qoşunlarının Quadalkanala çatmasının qarşısını almaq üçün həm havadan, həm sudan hücumlar təşkil etməyə başlamışdır.
Hər iki tərəf gecə baş verən iki böyük quru toqquşması zamanı bir çox gəmi itirmişdir. Buna baxmayaraq, ABŞ Yaponiyanın Henderson sahəsini döyüş gəmiləri ilə bombardman etmək cəhdlərinin qarşısını ala bilmişdir. Müttəfiq təyyarələri Yaponiya qoşunlarını daşıyan nəqliyyat vasitələrinin çoxunu batırmış və Yaponiya ordusunun böyük hissəsinin Quadalkanala çatmasına mane olmuşdur. Bu döyüş Müttəfiq qüvvələri Quadalkanal və yaxınlığındakı Tulaqidən çıxarmaq üçün Yaponiyanın etdiyi son cəhd olmuşdur. Döyüşün sonunda ABŞ strateji qələbə qazanmış, Quadalkanal hərəkatının gedişi Müttəfiqlərinin lehinə çevrilmişdir.