Qdansk ratuşası
From Wikipedia, the free encyclopedia
Əsas Şəhər ratuşası (pol. Ratusz Głównego Miasta, alm. Das Rechtstädtische Rathaus) — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır[~ 1]. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir (XVI əsrdə Köhnə şəhərdə daha bir ratuşa binası inşa edilmişdir). Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində (almanlar bu küçəni ənənəvi olaraq Langgase adlandırırlar) yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir[1].
Qdansk Əsas Şəhər ratuşası | |
---|---|
pol. Ratusz Głównego Miasta w Gdańsku | |
54°20′55″ şm. e. 18°39′09″ ş. u. | |
Ölkə |
Polşa Pomeraniya voyevodalığı |
Şəhər | Qdansk |
Yerləşir | Dluqa küçəsi 46 |
Sifarişçi | Şəhər rəhbərliyi |
Tikilmə tarixi | 1346-XV əsrin ortaları |
Üslubu | İntibah-Barokko |
Hündürlüyü | 83,45 m |
Vəziyyəti | başlanğıcda Hanza şəhərinin baş ratuşası, hazırda isə Qdansk şəhərinin Tarix muzeyi |
Vikianbarda əlaqəli mediafayllar |
Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir[2].