Qazaxıstan
Orta Asiyada bir ölkə / From Wikipedia, the free encyclopedia
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir.[11] Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Belə ki, regionun ÜDM-nin 60 faizi Qazaxıstana məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Ölkə həmçinin böyük mineral resurslara sahibdir.
Qazaxıstan | |||||
---|---|---|---|---|---|
Қазақстан Республикасы Qazaqstan Respublikasy Республика Казахстан | |||||
| |||||
El meu Kazakhstan, Менің Қазақстаным | |||||
Himn: Menıñ Qazaqstanym azərb. Mənim Qazaxıstanım |
|||||
Tarixi | |||||
• Qazax SSR | 5 dekabr 1936 | ||||
• Müstəqilliyin elanı | 16 dekabr 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Aqmola | ||||
İdarəetmə forması | prezidentli rejim[5] | ||||
Prezident | Qasım-Comərd Tokayev[6] | ||||
Baş nazir | Oljas Bektenov | ||||
Sahəsi | Dünyada 9-cu | ||||
• Ümumi | 2,724,900 km² km² | ||||
• Su sahəsi (%) | 1.7 | ||||
Əhalisi | |||||
• Əhali | 20 000 000[7] nəfər (64-cü) | ||||
• Sıxlıq | 7 nəf./km² (236-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $596.666 dollar (41-ci) | ||||
• Adambaşına | ▲ $30,827 dollar (53-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | ▲ $224.338 dollar (55-ci) | ||||
• Adambaşına | ▲ $11,591 dollar (69-cu) | ||||
İİİ (2021) | 0.811 (azalma; 56-cı) | ||||
Valyuta | Qazaxıstan təngəsi | ||||
İnternet domeni | .kz, .қаз[8] | ||||
ISO kodu | KZ | ||||
BOK kodu | KAZ | ||||
Telefon kodu | +7[9] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][10] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxıstan rəsmi olaraq müxtəlif mədəniyyətlərə ev sahibliyi edən demokratik, dünyəvi, unitar, konstitusiyalı respublikadır.[12] Ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdir. 2020-ci il 1 avqusta olan məlumata əsasən əhalisinin sayı 18,8 milyon nəfərdən çoxdur.[13] Quru ərazisinin çox böyük olmasına baxmayaraq, əhali sıxlığına görə dünyada ən aşağı göstəricilərdən birinə sahibdir. Hər kvadrat kilometrdə əhali sıxlığı 6 nəfərə bərabərdir.
Qazaxıstan ərazisi tarix boyunca köçəri türk xalqlarına ev sahibliyi etmişdir. 13-cü əsrdə bu ərazi Çingiz xanın rəhbərlik etdiyi Monqol İmperiyası tərəfindən işğal olunmuşdur. 16-cı əsrdən etibarən qazaxlar ayrıca qrup kimi ortaya çıxdıqdan sonra onların yaşadığı ərazilər üç cüzə bölündü. 18-ci əsrdə ruslar Qazaxıstan ərazisində məskunlaşmağa başladı və 19-cu əsrin ortalarından etibarən bu ərazi Rusiya imperiyası tərəfindən idarə olunmağa başlandı. Rusiyada 1917-ci ildə baş tutmuş inqilab və onun ardınca baş vermiş Rusiya vətəndaş müharibəsi nəticəsində imperiyaya tabe olan digər bütün dövlətlər müstəqillik əldə etdi. Lakin bu müstəqillik uzun çəkmədi. 1920-ci ildə ölkə ərazisi yenə rusların işğalına məruz qaldı və Sovet hakimiyyəti bərqərar oldu. 1936-cı ildə Sovet İttifaqının tərkib hissəsi olan Qazaxıstan SSR-in əsası qoyuldu.
Qazaxıstan 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı ən son müstəqillik elan edən Sovet respublikalarından biri olmuşdur. Hazırkı prezident Qasım-Comərd Tokayev 2019-cu ildən bəri ölkəyə rəhbərlik edir. Qazaxıstan hal-hazırda öz iqtisadiyyatını, xüsusilə də karbohidrogen sənayesini inkişaf etdirməkdə davam edir.[14]
Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır.[15] Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir.[16] Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Qazaxıstan hal-hazırda BMT, Dünya Ticarət Təşkilatı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, KTMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və TÜRKSOY kimi təşkilatların üzvüdür.