Qauya Milli Parkı
From Wikipedia, the free encyclopedia
Qauya Milli Parkı (latış. Gaujas nacionālais parks) — Latviyanın Vidzeme regionunda yerləşən Siqulda şəhərinin şimal-şərqindən Çesis şəhərinin cənub-qərbinə qədər uzanan milli park. Latviyanın ən böyük milli parkıdır. Milli parkın sahəsi 917.45 km2 olub adını ərazisində yerləşən Qauya çayından almışdır.
Qauya Milli Parkı | |
---|---|
latış. Gaujas nacionālais parks | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 917.45 km2 ha |
Yaradılma tarixi | 1973 |
Yerləşməsi | |
57°25′ şm. e. 25°25′ ş. u. | |
Ölkə | Latviya |
Vilayət | Vidzeme |
Yaxın şəhər |
Çesis Siqulda |
www.gnp.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Milli park azca narahatlıq doğuran təbiət ərazilərini qorumaq, turizmi inkişaf etdirmək və ərazidə inkişafı təmin etmək məqsədi ilə qurulmuşdur. Qauya Milli Parkı yüksək bioloji müxtəlifliyi, qayaları, ərazi şəkilləri, bulaqları, mənzərəli görünüşü və müxtəlif dövrlərdən qalma tarixi abidələri ilə səciyyələndirilir. Ən başlıca və ən böyük hissəsi qədim Qauya çayı dərəsidir. Bu dərə qorunmaqdadır və təbii və mədəni tarixi turizm üçün, eləcə də sağlamlıq üçün istifadə edilir.
Parkın idarəedici orqanı Siqulda şəhərində yerləşir.