Qasımuşağı xalçaları
From Wikipedia, the free encyclopedia
Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalar. Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50–60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.[2]
Xalça | |
Qasımuşağı | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Məktəbi | Qarabağ xalçaçılıq məktəbi |
Növü | Xovlu xalçalar |
Ölkə | Azərbaycan |
Şəhər | Laçın |
Bölgə | Dağlıq Qarabağ |
Kənd | Kürdhacı, Şamkənd, Çorman, Şəlvə, Ələkçi, Ərikli |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Türkbaf ilmə toxunuşu |
Digər məlumatlar | |
Sahəsi | 200x121 sm-dən 248x155-dək[1] |
Uzunluğu | 2,0 m-dən 2,8 m-ə qədər[1] |
Eni | 1,21 m-dən 1,55 m-dək[1] |
Material | qoyun yunu |
Düyünlərin sayı | hər kvadrat metrdə 90 mindən 160 minədək ilmə (düyün)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrdə Hacısamlı nahiyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalna xüsusi diqqət yetirilirdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.