Qarmo dağı
From Wikipedia, the free encyclopedia
Qarmo dağı və ya Qarmo zirvəsi (tac. Қуллаи Гармо, Qullai Garmo; rus. пик Гармо, pik Garmo) — Tacikistanın Dağlıq Badaxşan muxtar dairəsində yerləşən, Pamir dağlarının bir hissəsi olan dağ. Dağın hündürlüyünün 6.595 və 6.602 metr arasında olduğu təxmin edilir.[1]
Qarmo | |
---|---|
tac. Гармо | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Pamir dağları |
Dağ silsiləsi | Nauk Akademiya dağları |
Mütləq hündürlüyü | 6.595 m |
Nisbi hündürlüyü | 6 595 m |
İlk fəthi | 1948 |
Yerləşməsi | |
38°48′38″ şm. e. 72°04′18″ ş. u. | |
Ölkə | Tacikistan |
Vilayət |
|
Dağda bir neçə buzlaq yerləşir, ən böyük buzlağı Fedçenko buzlağıdır. Fedçenko buzlağı dünyada qütblərdəki buzlaqlar istisna edildikdə, ən uzun buzlaqdır. Bu buzlaq şərqə doğru axmaqdadır.[1] Dağa ən yaxın yaşayış məskəni Poymazorda, dağın 50 km cənubunda, dəniz səviyyəsindən 2.785 metr yüksəklikdədir. (38° 39' 10 Şm, 71° 58' 2 Ş)[2]
Dağın dəqiq hündürlüyü məlum deyil. Qəbul edilmiş konsesusa əsasən dağın hündürlüyü 6.595 metr kimi qəbul olunur. 1973-cü ildə "American Alpine Journal" jurnalında dağın hündürlüyü 6.615 metr verilmişdir.[3]