Qaraqoyunlu hökmdarlarının siyahısı
Qaraqoyunlu tayfa ittifaqını idarə edən hakim sülalə Baranlı sülaləsi olmuşdur / From Wikipedia, the free encyclopedia
Qaraqoyunlu hökmdarlarının siyahısı — Qaraqoyunlu tayfa ittifaqını idarə edən hakim sülalə Baranlı sülaləsi olmuşdur.[1] Baranlı sülaləsi mənşəcə oğuzların Yıva boyuna aid edilir.[2] Qaraqoyunlular 11 hökmdar tərəfindən idarə edilmişlər. Ən çox hakimiyyətdə olan hökmdar Cahan şah olmuşdur. Onun hakimiyyəti dövrü 1436–1467-ci illəri əhatə edir və ümumilikdə 31 il təşkil edir.
Qaraqoyunlu hökmdarları | |
---|---|
Keçmiş monarxiya | |
Bayraq | |
Qara Yusif dövründə Qaraqoyunlular Teymurilər, Cəlairilər, Ağqoyunlular və Şirvanşahlar üzərində qələbə çalaraq keçmiş qüdrətlərini bərpa etdilər. | |
İlk hökmdar | Bayram xoca |
Son hökmdar | Həsənəli mirzə |
Rəsmi məkan | Təbriz |
İdarəetmə forması | Mütləq monarxiya |
Yaranması | 1375 |
Süqutu | 1469 |
İddiaçı | Yusif mirzə |
Qaraqoyunlular qüdrətli dövrlərində hazırkı Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, Rusiya və Gürcüstan ərazilərində hökm sürmüşlər. Ölkənin rəsmi məkanı əvvəlcə Ərciş, sonra isə Təbriz şəhəri olmuşdur.[3]
Qaraqoyunlu hakimiyyətinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Cahan şahın 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlular dağılma dövrünə qədəm qoydular. Ardınca Həsənəlinin və Yusif mirzənin öldürülməsi ilə Qaraqoyunlular süquta uğradılar və yerində Ağqoyunlular imperiyası yarandı.