Qaranlıq enerji
From Wikipedia, the free encyclopedia
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü.
Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır.
Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır. Qaranlıq enerjiden ilk bəhs edən elm adamı Alan Qut kainatın Böyük partlayışdan sonra birdən genişlənməsini sirli bir qaranlıq enerjinin varlığı ilə izah etmişdir (1980). Daha sonra Sol Perlmutter və Brayan Şmidt adlı iki fizik müşahidələri nəticəsində kainatın genişlənmə sürətinin artdığını və bunun kosmosun bir növ daxili gərginliyi deyə biləcəyimiz qaranlıq enerji olduğundan bəhs ediblər (1998). Tam olaraq həll edilməyən qaranlıq enerji haqqında araşdırmalar hələ də davam edir.