Qaragöl Dövlət Təbiət Qoruğu
From Wikipedia, the free encyclopedia
Qaragöl Dövlət Təbiət Qoruğu — Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşir. Sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.
Qaragöl dövlət təbiət qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 240 ha |
Mütləq hündürlüyü | 600-800 m |
Yaradılma tarixi | 17 noyabr 1987 |
İdarəetmə orqanı | AETSN |
Vəziyyəti | 1992-ci ildən işğal edilmiş ərazi |
Məhvolma təhlükəsi | 1992-ci ildən talan edilmiş ərazi |
Dağlar | İşıqlı (3552 m), Dəmirdaş, Canqutaran (2790m) |
Çaylar | Ağoğlançay, Həkəri |
Göl | Qaragöl |
Yerləşməsi | |
39°47′04″ şm. e. 46°00′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın |
Yerləşməsi | Kiçik Qafqaz |
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci tarixində Azərbaycan SSR və Ermənistan SSR-in direktiv orqanlarının qərarı ilə yaradılmış, respublikalararası dövlət qoruğu elən edilmişdir.
Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir.Onun suyundan yerli əhali qoyun sürülərinin,əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edir.
Sahəsi 240 hektar olub, dəniz səviyyəsindən 2658 km yüksəklikdə, Qarabağ vulkanik yaylasında yerləşir. İşıqlı dağında yerləşən Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlançayın mənbə hissəsində, Böyük İşıxlı dağının (3548m) şimal ətəyindədir. Şimal-gərbdən Dəmirdaş və Kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir. Kolun uzunluğu-1950 m,eni 1250m sahil xəttinin uzunluğu 5500 m, dərinliyi 7–8 m, sahəsi 3 km² -dir.Qalıq həcmi 10mln.m³ -dir. Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə yaradılmışdır. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m³-dur. Gölün suyunun şəffaflıqı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.
Burada geoliji cəhətdən vulkanik dağların pliosen lava massivi,geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara,dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.