Qız qalası
Memarlıq abidəsi / From Wikipedia, the free encyclopedia
Qız qalası[lower-alpha 1] — Bakıda yerləşən qədim memarlıq abidəsi.
Qız qalası | |
---|---|
Qala | |
40°21′58″ şm. e. 49°50′14″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | Asəf Zeynallı küçəsi, Bakı şəhəri |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Məsud ibn Davud |
Tikilmə tarixi | XII əsr (e.ə. VII-VI əsrlərə aid tikilinin yerində inşa olunub[1]) |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Hündürlüyü | 28 |
Vəziyyəti | muzey |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Asiya |
İstinad nöm. | 2.2 |
Kateqoriya | Ev |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.[2]
Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.[3]
Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.[4][5]
Son illərdə Qız qalasında və onun ətrafındakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır.[5]