Qızılağac Dövlət Təbiət Qoruğu
From Wikipedia, the free encyclopedia
Qızılağac dövlət təbiət qoruğu — 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir.
Qızılağac dövlət təbiət qoruğu | |
---|---|
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 88.4 min hektar |
Yaradılma tarixi | 1929 |
İdarəetmə orqanı | AETSN |
Ümumdünya irsi | 1976 |
Çaylar | Kür, Viləşçay |
Faunası | qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan, qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü |
Yerləşməsi | |
39°06′06″ şm. e. 49°00′55″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran |
Yerləşməsi | Qızılağac körfəzi |
Yaxın şəhər | Liman |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunmuşdur.Qoruğun ilkin sahəsi 180 min-ha olmuşdur. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır.Qoruqda ildə 300 növə yaxın quşlar məskunlaşır.50 növdən çox balıq növlərinə rast gəlinir.[1] Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.
Kür–Araz və Lənkəran ovalıqlarında yerləşir. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzinin şimal hissəsinin su sahəsini və sahilyanı ərazini əhatə edir. Qoruğun şimal hissəsində mülayim və mülayim isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi (yoxsa isti iqlim) müşahidə olunur. Qoruğun quruluq sahəsində bozyer–çəmən və çəmən bataqlıq torpaqları mövcuddur. Qoruğun yerüstü florası nisbətən kasaddır. Belə ki, körfəzlərin sahilləri, duzlu (şoran) torpaqları, bataqlıqların hündür yerləri qamış və kollarla örtülmüşdür. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait yaranır.