Qış sarayının Hərbi qalereyası
From Wikipedia, the free encyclopedia
Hərbi Qalereya (rus. Военная галерея) - Sankt-Peterburqdakı Qış sarayındakı qalereyalardan biridir. Qalereya 1812-ci il Vətən müharibəsində iştirak etmiş 332 rus generalının portretindən təşkil olunmuşdur. Portretlərin müəllifləri ingilis rəssamı Corc Dou, onun assisentləri Aleksandr Polyakov və Vilhelm Avqust Qolikedir.
1830-cu illərdə Dou, Polyakov və Qolike tərəfindən işlənmiş portretlərdən başqa qalereyada imperator I Aleksandr, onun müttəfiqləri Prussiya kralı III Fridrix Vilhelm, Avstriya imperatoru II Fransın da at üzərində iri portretləri asılmışdır. Həmin üç portretdən ilk ikisi Berlin saray rəssamı Frans Krüger, üçüncüsü isə Peter Kraft tərəfindən çəkilmişdir.
Sovet dövründə qalereya, 1827-ci ildə veteranlar evinin mühafizəsi üçün yaradılmış xüsusi hərbiçilər birləşməsi qrenaderlərdən dördünün portreti ilə tamamlanmışdır. Bu portretlərin də müəllifi Corc Doudur. Sonradan qalereyada Peter fon Qessin iki əsəri də asılmışdır:"Borodino döyüşü" və "Fransızların Berezina çayı ilə geri çəkilməsi".
Qalereyanın yerləşdiyi zal 1826-cı ilin iyun-noyabr aylarında memar Karl Rossinin layihəsi əsasında inşa edilmişdir. Sarayın əsas blokunda – Ağ zal və Böyük taxt zalının arasında, saray kilsəsinin yaxınlığında yerləşən zal bir neçə kiçik otağa bölünmüşdü. Zalın üç pəncərəli tavanı C. Skottinin eskizləri əsasında rəsmlərlə bəzədilmişdir. Zalın təntənəli açılış mərasimi 25 dekabr 1826-cı ildə baş tutmuşdur. Zalın açılışı zamanı portretlərin bir çoxu hələ hazır deyildi və hazır olmayan portretlərin yerinə yaşıl parça çəkilmiş çərçivələr asılmışdı ki, bu çərçivələrdə də portreti olacaq hərbçilərin adları yazılmışdı. Sonradan portretlər tamamlandıqca yerlərinə asılmışdır. Portretlərin əksəri naturadan çəkilmiş dünyasını dəyişmiş hərbçilərin portretləri isə onların əvvəlki portretləri əsasında işlənmişdir. Lakin 1812–ci il qəhrəmanlarından on üçünün portreti tapılmadığından, onların portretləri yerinə yaşıl atlaslı çərçivələr asılmışdır.
17 dekabr 1837-ci ildə Qış sarayında baş vermiş yanğın nəticəsində sarayın bütün otaqlarının, o cümlədən, Hərbi Qalereyasının urbanlaşması pozulmuşdur. Lakin portretlərdən heç biri zədələnməmişdir. Qalereyanın yeni görünüşü Vasili Stasovun cizgiləri əsasında işlənmişdir. Memarın keçmiş dizayna etdiyi bəzi dəyişikliklər qalereyaya daha təntənəli-ciddi və təsiredici görünüş vermişdir: Qalereyanın uzunluğu təxminən 6 metr arıtılmışdır, karnizlərin altında isə şinlər yerlərşdirilmişdir.