Qütbşahlar
sülalə / From Wikipedia, the free encyclopedia
Qütbşahlar[5] — Qolkondə sultanlığını idarə edən[6] və əsası türk Qaraqoyunlu sülaləsinə uzanan hökmdar ailəsi.[7][8] Onların idarə etdikləri sultanlıq müasir Hindistanın cənubunda yerləşmişdir. Bəhməni sultanlığının süqutundan sonra 1512-ci ildə Qütbşahlar sülaləsi hakimiyyətə gəlmişdir. Bu sülalədən ilk hökmdar Sultanqulu Qütbülmülk olmuşdur. İngilisdilli qaynaqlarda bu hökmdar daha çox Quli Qütbşah adlandırılır.[9][10][11][12]
Tarixi dövlət | |||
Qütbşahlar | |||
---|---|---|---|
سلطنت قطب شاهی | |||
|
|||
|
|||
Paytaxt | Qolkonda, Heydәrabad | ||
Rəsmi dilləri | Fars dili[1] Azərbaycan türkcəsi[2]. | ||
Dövlət dini | Şiəlik[3][4] | ||
Valyuta | Moqur | ||
İdarəetmə forması | Monarxiya | ||
• 1518–1543 | Sultanqulu bəy Baharlı | ||
• 1543–1550 | Cəmşidqulu bəy Baharlı | ||
• 1550 | Sübhanqulu bəy Baharlı | ||
• 1550–1580 | İbrahimqulu bəy Baharlı | ||
• 1580–1611 | Məhəmmədqulu bəy Baharlı | ||
• 1611–1625 | Sultan Məhəmməd bəy Baharlı | ||
• 1626–1672 | Abdullah Qütbşah | ||
• 1672–1686 | Əbülhəsən Tana Şah | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
1636-cı ildə Böyük Moğol imperatoru Şahcahan Qütbşahları onun ali hakimiyyətini tanımağa və illik vergi verməyə məcbur etməyi bacardı. Sülalə VII hökmdarı Əbülhəsən Qütbşahın hakimiyyətinin sonunda öz varlığını itirdi. Belə ki, moğol imperatoru Övrəngzib Əbülhəsəni məğlub edtmiş və Dövlətabad qalasında ömürlük həbsə atmışdır. Bundan sonra isə, Golkondə sultanlığının ərazisini öz imperiyasına birləşdirmişdir.[13][14][9] Sülalənin idarə etdiyi ərazilərə müasir Karnataka, Andhra Pradeş, Orissa və Telanqana ştatlarının əraziləri daxil olmuşdur.[15] Qütbşahlar davamlı olaraq Adilşahlar və Nizamşahlar münaqişə içərisində olmuşdur.[14]
Qütbşahların öz ölkələrində şiə mədəniyyətinin yayılmasına hamilik edirdilər.[9][10] Hindşünas Riçard Eatonun bildirdiyinə görə, zamanla bu siyasət dəyişmiş, Qütbşahlar Teluqu dilini qəbul etmiş, öz dövlətlərini teluqudilli dövlət olaraq görməyə başlamış, elit təbəqə və hökmdar özünü Teluqu sultanı olaraq təqdim etmişdir.[16]