La casa de papel
From Wikipedia, the free encyclopedia
La casa de papel (azərb. Kağız ev və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir.[1] Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər.[2] 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır.[3][4] 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir. 8 hissədən ibarət 4-cü hissə 3 aprel 2020-ci ildə nəşr olundu. 3 sentyabr 2021-ci ildə Netflix-də serialın 5-ci və son hissəsinin ilk 5 seriyası yayımlandı. 3 dekabr 2021-ci il tarixində serialın 5-ci bölümünün son 5 bölümü yayımlandı və bununla da serial bitdi.
La casa de papel | |
---|---|
isp. La casa de papel | |
| |
Janr | cinayət, dram, triller, soyğun |
Yaradıcısı | Aleks Pina |
Rollarda |
Ursula Korbero İtziar İtuno Alvaro Morte Pako Tous Pedro Alonso Alba Flores Migel Herran Xayme Lorente Ester Asebo Enrike Arse Mariya Pedraza Darko Periç Kiti Manver |
Bəstəkar |
Manel Santisteban İvan Martinez Lakamara |
Montajçı |
David Peleqrin Luiz Migel Qonzales Bedmar Veronika Kallon Raul Mora Regino Ernandez Rakel Marrako Patrisia Rubio |
İstehsalçı ölkə | İspaniya |
Studiya |
Vancouver Media Atresmedia |
Dil | ispan |
Rəng | rəngli |
Mövsüm sayı | 2 (5 qisim) |
Seriya sayı | 43 |
Seriya vaxtı |
67–77 dəqiqə (Antena 3) 41–57 dəqiqə (Netflix) |
Davametmə müddəti | 2 may 2017 - 3 dekabr 2021 |
Telekanal | Antena 3 |
IMDb | ID6468322 |
antena3.com/series/casa-… | |
Vikianbarda əlaqəli mediafayllar |