Portal:Opera/Opera teatrları
From Wikipedia, the free encyclopedia
Kral Opera Teatrı ya Kral Opera Teatrı, Kovent Qarden (ing. Theatre Royal, Covent Garden) — 1737 ci ildə əsası qoyulmuş, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, səhnəsində opera və balet tamaşaları oynanılan teatr binası. Ona qısaca olaraq “Kral Operası” və ya “Kral Opera Evi” də deyilir. Teatrın binası Kovent Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Sonuncu bina 1858 ci ildə inşa edilmişdir. 1990 cı ildə isə bina tamamilə rekoctruksiya edilmişdir. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir.