Polad Həşimov
Azərbaycan Respublikasının Milli Qəhrəmanı / From Wikipedia, the free encyclopedia
Polad Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı;[1] Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru;[2] Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020).[2]
Polad Həşimov | |
---|---|
Polad İsrayıl oğlu Həşimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1975(1975-01-02) |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020(2020-07-14) (45 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 3-cü Ordu Korpusu |
Xidmət illəri | 1992–2020 |
Rütbəsi |
General-mayor |
Döyüşlər |
Qarabağ müharibəsi • Murovdağ əməliyyatı Aprel döyüşləri Tovuz döyüşləri |
Təltifləri | |
2016 2014 2009 |
|
Vikianbarda əlaqəli mediafayllar |
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.[3]