Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
From Wikipedia, the free encyclopedia
Piano və orkestr üçün konsert No.2 , Op. 18 (C minor), 20-ci əsrin dahi rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900 və 1901-ci illər arasında yazılmış konsertdir[1]. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü soloist olaraq, 2 dekabr 1900 tarixində ifa edilmişdir[2]. Bütün əsər ilk dəfə, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianist olaraq, 9 Noyabr 1901 tarixində ifa olunmuşdur[2].
Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı[3], onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir[4].