Pepin gölü
From Wikipedia, the free encyclopedia
Pepin gölü (ing. Lake Pepin) — ABŞ-nin Minnesota və Viskonsin ştatlarında və Missisipi çayının ən geniş yerində yerləşən təbii göl. Gölün yaranması dənizlə əlaqəli olmayıb, Missisipi çayına qovuşan Çippeva çayının gətirdiyi məhsulların Rids Lendinq yaxınlığında yığılması səbəb olmuşdur. Gölün Viskonsinə aid hissəsinin şimalında Baysiti şəhəri, cənubunda Pepin şəhəri yerləşir. Gölün Minnesota tərəfində isə Frontenak Ştat Parkı yerləşmişdir. Gölün sahilində ən böyük şəhər Leyk Sitidir (Minnesota).
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Pepin gölü | |
---|---|
ing. Pepin Lake | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 118 km² |
Dərin yeri | 18 m |
Orta dərinliyi | 6,4 m |
Yerləşməsi | |
44°59′24″ şm. e. 92°18′05″ q. u. | |
Ölkə | ABŞ |
Əyalət | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Gölün üzərində Leyk Sitidə olan Leyk Siti və Hansen Harbor və Pepində olan Dans Pepin adlı 3 yaxt limanı mövcuddur. Yayda bura gələn turistlər yaxt sürürlər. Qışda isə göl tamamilə donmuş vəziyyətdə olur.