Peloponnes müharibəsi
From Wikipedia, the free encyclopedia
Peloponnes müharibəsi — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.
Peloponnes müharibəsi | |||
---|---|---|---|
Tarix | e.ə. 431 – e.ə. 404 | ||
Yeri | Qədim Yunanıstan, Egey dənizi adaları, Kiçik Asiya, Siciliya | ||
Nəticəsi | Afina dövlətinin məhvi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi.
Tarixçilər ənənvi olaraq Peloponnes müharibəsini iki hissəyə bölür. Birinci mərhələdə (Arxidam müharibəsi) spartalılar müntəzəm olaraq Attikaya soxulur, afinalılar isə Peloponnes ətrafında dəniz reydləri edir və öz mütttəfiqləri arasındakı narazılıqları yatırırdılar. Bu mərhələ e.ə. 421-ci ildəki Niki sülhü ilə başa çatdı. Lakin bu sülh Peloponnesdəki toqquşmalara görə uzun sürmədi. E.ə. 415-ci ildə afinalılar Sirakuzaya hücum etmək məqsədilə, Siciliyaya ekspedisiya yolladılar. Hücum afinalıların sarsıdıcı məğlubiyyəti ilə bitdi; ekspedisiya qüvvələri tamamilə məhv edildi. Bu müharibənin son mərhələsi olan Dekeliya və ya İoniya müharibəsi adlanır. Bu dövrdə İrandan böyük yardım alan Sparta qüdrətli donanma yaratdı. Bu da onlara Egey dənizi və İoniyada yerləşmiş, Afinadan asılı olan dövlətlərə yardım göstərməyə, Afinanın qüdrətini tamamilə yox etməyə və afinalıların dənizdəki ağalığına son verməyə imkan verdi. E.ə. 405-cü ildə Eqospotam döyüşündə Afina donanmasının tamamilə məhv edilməsi nəticəsində onların müharibəni davam etdirmək imkanları tamamilə tükəndi və Afina sonrakı il təslim oldu.