Patolli
From Wikipedia, the free encyclopedia
Patolli və ya patole – Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı.
Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar.