Paris orta əsrlərdə
From Wikipedia, the free encyclopedia
Orta əsr Parisi — Qərbi Avropanın ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V–VIII əsrlər), Karolinqlər (VIII–X əsrlər), Kapetinqlər (X–XIV əsrlər) və Valua kimi dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili). Bu ərazilərin hər biri öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi. Orta əsr Parisinə şimal tərəfdən Monmartr təpəsi, cənubdan isə daha yastı Sent-Jenevyev (məhz bu ərazidə sonralar məşhur Latın məhəlləsi formalaşmışdır) və Monparnas təpələri birləşirdi. Orta əsr şəhərinin təxmini sərhədləri günümüzdə Parisin ilk 6 dairəsinin (I–VI) və eləcə də VII dairənin bir hissəsinin tutduğu geniş əraziyə uyğun gəlir.
Paris tarixi | |
---|---|
FLUCTUAT NEC MERGITUR Bu məqalələr ölkə seriyasındandır | |
Orta əsrlər | |
İntibah | |
XVII əsr | |
XVIII əsr | |
Napoleon dövründə | |
Restavrasiya | |
Lui-Filipp dövründə | |
İkinci imperiya | |
Belle Époque | |
I Dünya Müharibəsi | |
Müharibələr arası dövr | |
II Dünya Müharibəsi | |
Müharibdən sonrakı dövr | |
Xronologiya | |
Memarlıq tarixi | |
Musiqi | |
Merlər | |
Parklar | |
Paris portalı
|
Qalliya-Roma Lütesiyasının əsasında salınmış qədim Paris şəhəri Merovinqlər dövründə aktiv şəkildə inkişaf etsə də, Karolinqlərin hakimiyyət illərində öz paytaxt statusunu, eləcə də keçmiş siyasi çəkisini və ticarət canlılığını itirmişdir. Buna baxmayaraq, o, Kapetinqlər dövründə tez bir şəkildə ötürülmüş vaxtın yerini doldurmağı bacarmışdır: həmin zamanlar Avropanın ən nüfuzlu ilahiyyat mərkəzlərindən birisi olmuş Parisdə Qərbi Avropanın ən məşhur və etibarlı universitet binasının əsası qoyulmuşdur. Orta əsr Parisinin abadlıq işləri əsasən XIII əsrdə tamamlanmışdır, genişlənməsi isə XIV əsrin birinci yarısına kimi davam etmişdir. XV əsrin birinci yarısı paytaxt-şəhər üçün əsasən tənəzzül dövrü olmuşdur (Yüzillik müharibənin illəri ərzində şəhər öz əhalisinin təxminən yarısını itirmiş və əhəmiyyətli dərəcədə dağıdılmışdır), ancaq Orta əsrlərin sonuna kimi Paris tamamilə bərpa edilmiş və yenidən genişlənməyə başlamışdı.[1][2][3]