Pərayaqlılar
From Wikipedia, the free encyclopedia
Pərayaqlılar (lat. Pinnipedia) — heyvanların məməlilər sinfinə aid dəstə.
Pərayaqlılar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Klad: Pan-Pinnipedia Klad: Pinnipedimorpha Klad: Pinnipediformes Klad: Pinnipedia |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
3 fəsiləyə (morjlar, qulaqlı suitilər və əsl suitilər) aid 20 cinsi və 32 növü var.
Bədəni iyşəkillidir (dəniz pişiklərindən başqa), səthini parlaq qısa tük örtür. Quyruğu qısa, ətrafları 5 barmaqlıdır və pərə çevrilmişlər. Barmaqları bir-biri ilə pərdə ilə birləşmişlər. Dəridə tər və piy vəziləri var; dərinin altındakı piyin qalınlığı 8 sm-dir. Dişlərin sayı 18 ilə (morjda) 38 arasında (qulaqlı suitilərdə) dəyişir. Köpək dişləri yaxşı inkişaf etmişdir. Çeynəyici əzələlər reduksiya olunmuşdur (qidanı çeynəmir).
Saatda 30 km sürətlə üzür. Balıqlar, molyusklar və xərçənglərlə qidalanır. Dəniz bəbiri isə pinqvin və suiti ilə qidalanır. Su altında uzun müddət qala bilirlər (məs., Ueddell suitisi 43 dəq, Baykal suitisi isə 68 dəq). Beyni yaxşı inkişaf etmişdir; iyə həssasdır, suda yaxşı görür və eşidir.