Osman ağa Gülməmmədov
Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. / From Wikipedia, the free encyclopedia
Osman ağa Gülməmmədov (16 avqust 1892, Yuxarı Salahlı, Qazax qəzası – 1 noyabr 1950, Qars, Qars ili) — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Osman ağa Gülməmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1892(1892-08-16) |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1950(1950-11-01) (58 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Nəzakət xanım |
Uşaqları | Xəzər, Mahmud, Erdal, Türkan, Fatma Lalə, Yüksəl. |
Atası | Gülməmməd ağa |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya imperiyası (1914-1917) Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə |
Qoşun növü |
Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1914- |
Rütbəsi | Albay |
Döyüşlər |
Birinci Dünya müharibəsi (1914-1917) Kürdəmir döyüşləri (1918) Bakı döyüşü (1918) Qarabağ hərəkatı (1918) Əsgəran döyüşü Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) |
Təltifləri |
Bağla
Birinci Dünya müharibəsində, Bakı döyüşündə, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib.
Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə, Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə, Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib.