Oskar mükafatı (2017)
From Wikipedia, the free encyclopedia
90-cı Oskar mükafatı — Kinematoqrafiya incəsənət və elm akademiyası tərəfindən 2017-ci ilin ən yaxşı filmlərini qeyd etmək üçün təqdim edilən və Hollivudun Dolbi teatrında baş tutan mükafatlandırma mərasimidir.[3] Ənənəvi olaraq hər il fevral ayının sonunda keçirilən mərasim, bu il 2018 Qış Olimpiya Oyunları ilə efir vaxtının toqquşmaması üçün martın əvvəlində təşkil edilmişdir.[4] Mərasim zamanı akademiya 24 nominasiyada mükafatları təqdim etmişdir. Mərasim ABŞ-də Maykl De Luka və Cennifer Toddun prodüserliyi, Qlenn Veyssin rejissorluğu ilə American Broadcasting Company tərəfindən yayımlanmışdır.[5] Mərasimə ev sahibliyi edən komediyaçı Cimmi Kimmel, 1997-1998-ci illərdə mərasimə ev sahibliyi etmiş Billi Kristaldan sonra iki il ard-arda mərasimi qəbul etmiş ikinci şəxs olmuşdur.[6]
90-cı Oskar mükafatları | |
---|---|
ing. 90th Academy Awards | |
| |
Ümumi məlumatlar | |
Təqdim edir | Cimmi Kimmel |
Təsis olunub | 4 mart 2018 |
Yeri | Dolbi teatrı, Hollivud, Los-Anceles, Kaliforniya, ABŞ |
Təsisçi | Kinematoqrafiya incəsənət və elm akademiyası |
Prodüser |
Maykl De Luka Cennifer Todd |
Rejissor | Qlenn Veys |
Mükafatlar | |
Ən yaxşı film | Suyun forması |
Ən çox mükafat qazanan film | Suyun forması (4) |
Ən çox nominasiya qazanan film | Suyun forması (13) |
Yayım | |
Müddət | 233 dəq. |
Reytinq |
26.5 milyon[1] 18.9% (Nielsen ratings)[2] |
oscars.org/oscars/ceremo… | |
← 89-cu 91-ci → | |
Vikianbarda əlaqəli mediafayllar |
11 noyabr 2017-ci ildə Kinematoqrafiya incəsənət və elm akademiyası Hollivud və Haylend Mərkəzinin Böyük bal salonunda 9-cu ənənəvi Qubernator mükafatlarının təqdim edilməsi mərasimini keçirmişdir.[7] 10 fevral 2018-ci ildə Kaliforniyanın Beverli-Hills şəhərindəki Beverli Uaylşir otelində Patrik Stüartın iştirakı ilə Akademiya Elm və Texnika Mükafatı təqdim edilmişdir.[8]