Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma.
Cəld faktlar Tarix, Yeri ...
Osetin-inquş hərbi münaqişəsi |
---|
Şimali Osetiyanın xəritəsində Priqorodnı rayonu. Onların arasında Vladiqafqaz şəhər dairəsi |
Tarix |
31 oktyabr - 4 noyabr 1992-ci il |
Yeri |
Şimali Osetiyanın Priqorodnı rayonunun şərq hissəsi, Rusiya |
Səbəbi |
Hər iki tərəf bir-birini təcavüzdə günahlandırır |
Nəticəsi |
Silahlı qarşıdurmalar federal qoşunların bölgəyə yeridilməsi ilə dayandırılır. Siyasi qarşıdurma davam edir. İnquş əhalisinin əksəriyyətinin Şimali Osetiyadan qovulması[1] |
Ərazi dəyişikliyi |
Əvvəlki sərhədlərin dəyişdirilməməsi |
|
|
|
105 osetin[1]
|
407 inquş (rəsmi məlumat)[1]
|
17-27 Rusiya hərbçisi (rəsmi məlumat)[3]
|
|
600 ölü, 900 nəfərdən çox yaralı[1]
|
|
|
Bağla
Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.
1956-cı ildə inquşların öz doğma evlərinə dönməsi ilə vəziyyət yenidən gərginləşmişdir. Hər iki xalq arasında bu illər ərzində bir neçə dəfə qarşıdurma yaşanmasına baxmayaraq, 1992-ci ilin payızına qədər geniş silahlı münaqişə baş verməmişdir. Rusiya hərbi hissələrinin bölgəyə yeridilməsindən sonra tərəflər arasında qanlı qarşıdurma dayandırılmışdır.
Helsinki İnsan Hüquqları Təşkilatının rəyinə görə osetinlər tərəfindən 1992-ci ilin oktyabr və noyabr aylarında bölgədə etnik təmizlənmə siyasəti aparılmışdır. Komitə bu etnik təmizlənmədə 600-dən çox mülki şəxsin öldürüldüyünü və Priqorodnı rayonunda yaşayan 60.000-ə yaxın inquşun sürgün edildiyini açıqlamışdır. Human Rights Watch, Osetiya milisi və respublika mühafizəçilərinin bölgədəki inguş əhalisinə qarşı vəhşiliklərindən çox sayda video və foto materiallar toplamışdır.