Oma sümüyü
From Wikipedia, the free encyclopedia
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir. Fəqərə dəliyinin yanlarından yuxarıya doğru bir cüt oynaq çıxıntıları — lat. processus articulares superiores çıxır. Bu oynaq çıxıntıları önündə fəqərənin yuxarı oymaları yerləşmişdir. Oma sümüyünün zirvəsini sonuncu oma fəqərəsinin cismi təşkil edir. Zirvənin arxasında bir deşik — lat. hiatus sacralis vardır. Yan tərəflərdən bir cüt rudiment halında qalmış aşağı oynaq çıxıntısı sayılan oma buynuzları — lat. cornua sacralia ilə əhatə olunmuş lat. hiatus sacralis yuxarıda oma kanalı ilə birləşir. Oma sümüyünün çanaq boşluğuna baxan çanaq səthi — lat. facies pelvina hamar və basıqdır. Oma sümüyünün çıxıq arxa səthi — lat. facies dorsalis isə arxaya baxır. Oma sümüyünün ön səthində oma fəqərələrinin bir-biri ilə bitişən hissələrini göstərən 4 köndələn xətt — lat. lineae transversae vardır. Bu xəttlərin uclarında yuxarıdan aşağıya doğru cərgə ilə sinir köklərinə məxsus 4 dəlik — lat. foramensacralia pelvina (foramina sacralia anteriora — BNA) düzülmüşdür. Oma sümüyünün arxa səthində arxa çıxıntıların birləşməsindən əmələ gələn bir orta daraq — lat. crista sacralis mediana (crista sacralis media — BNA) vardır. Orta darağın hər iki tərəfində oynaq çıxıntılarının birləşməsindən əmələ gəlmiş omanın ara daraqları — lat. cristae sacrales intermediae (cristae sacrales articulares — BNA) yerləşir. Ara daraqlardan kənara üçüncü cərgə bayır daraqlar — lat. cristae sacrales laterales vardır. Oynaq və bayır daraqların arasında 4 cüt omanın arxa dəlikləri — lat. foramina sacralia dorsalia (foramina sacralia posteriora — BNA) vardır. Bu dəliklər qısa kanallar vasitəsilə oma sümüyünün ön dəlikləri ilə birləşirlər. Oma sümüyünün iki fəqərə yarıma uyğun yuxarı hissəsinin başır şöbələrinə yan hissələr — lat. partes laterales deyilir. Bu hissələrinyan tərəflərində qalça sümüyü ilə calanmaya məxsus bir seyvanabənzər səth — lat. facies auricularis və həmin səthin arxasında bağlara məxsus qabarıqlar — lat. tuberositas sacralis vardır. Qadınlarda oma sümüyü bərabər dərəcədə basıq, enli və qısa olur. Kişilərdə isə ensiz uzun və çıx basıqdır.