Olman bataqlığı
From Wikipedia, the free encyclopedia
Olman bataqlığı (belar. Альманскія балоты) — Avropanın üst, keçid və alt formalı bataqlıq kompleksi. Müasir dövrə qədər öz ilkin formasını saxlamış bataqlığın ərazisində yasaqlıq yaradılmış.
Olman bataqlığı | |
---|---|
belar. Альманскія балоты | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
51°50′00″ şm. e. 27°15′00″ ş. u. | |
Ölkələr | |
Vilayətlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Olman bataqlığı ərazisində hərbi aviasiya poliqonu yerləşir. Massivin cənub-qərb hissəsi Ukrayna ərazisinə daxildir. O üzdən bataqlığın cənub sərhəddi dövlət sərhəddi zolağına uyğun gəlir. Bataqlıq ərazisində yerləşən yollar və hərbi postlar ümumi sahənin 1%-ni təşkil edir. Ümumi sahənin 40 % - i açıq sahəli bataqlıqdır. Bu ərazidə mamırlar və nadir halda ağcaqayınlar üstünlük təşkil edir. Bataqlığın mərkəzi hissəsində qumlu dyun və qum tirələri mövcuddur. Ərazidə şam, enliyarpaqlı ağaclardan ibarət meşələr diqqəti cəlb edir. Yasaqlığın 50%-ni bataqlıq və bataqlaşmış ərazilər təşkil edir. Bataqlıq bitkiləri ilə yanaşı quru ərazidə mövcud olan şam və palıd meşələri müşahidə olunur.
Bataqlıq Pripyat çayının sağ qolları olan Stviqa və Lva çaylarının arasında yerləşir.[1] Lva və Stviqa çaylarından başqa bataqlığa XX əsrin əvvəlində yaradılmış suvarma kanalları tökülür. Halhazırda bu kanallar yarı dağılmış formadadır. Kompleksin şimal hissəsində iki göl yerləşir – Böyük və Kiçik Zasomin. Göllərin ümumi sahəsi 100 hektardır. Yasaqlıqda yerləşən digər 23 gölün sahəsi çox kiçikdir – 0,5 – 5 hektar. Olman bataqlığı bu tip bataqlıq komplekslərindən ərazinin böyüklüyünə, vəziyyətinə və hidroloji rejiminə görə fərqlənir.