Okinava uğrunda döyüş, həmçinin Aysberq əməliyyatı[16] — əməliyyat Yaponiyanın Okinava adasının ABŞ ordusu tərəfindən amerikan və britaniya donanmasının yardımı ilə ələ keçirilməsindən ibarət olmuşdur. Döyüş İkinci Dünya müharibəsinin tərkib hissəsi olaraq sonuncu desant çıxartma əməliyyatından əvvəl baş vermişdir. Üstəlik Sovet-yapon müharibəsi öncə son döyüş olmuşdur[17][18]. Döyüş 82 gün davam etmiş və ancaq 1945 ilin 23 iyulda başa çatmışdır.
Cəld faktlar Tarix, Yeri ...
Okinava döyüşü |
---|
İkinci Dünya müharibəsi |
|
Tarix |
1 aprel - 22 iyun 1945[1] |
Yeri |
Okinava adası Yaponiya, Sakit okean |
Səbəbi |
ABŞ ordusunun Yaponiyanın əsas adalarına gedən yolun üzərində yerləşən mühüm nöqtəni ələ keçirmək istəyi. |
Nəticəsi |
ABŞ və onun müttəfiqlərinin qalibiyyəti, Yaponiyanın məğlubiyyəti |
Ərazi dəyişikliyi |
Okinava adasının 1971-ci il qədər ABŞ-nin nəzarətində qalması |
|
|
77.000 yapon əsgəri, 20,000 Okinavalı çağırışçılar[2]
|
541.000 Onuncu ordu, digər qoşunlar 183.000[3] - 250,000[4]
|
|
Şəxsi heyət
- 77.166 ölü[5] (110,000 ABŞ məlumatı)
- 7000 əsir
Hərbi texnika:
- 1 linkor
- 1 yüngül kreyser
- 5 gəmi
- 9 digər döyüş gəmiləri
- 1430 təyyarə[6]
- 27 tank
- 743 artilleriya qurğusu
|
Şəxsi heyət
Hərbi texnika:
- 12 gəmi
- 15 amfibiya gəmi
- 9 digər batırılmış gəmi
- 386 zədələnmiş gəmi
- 763[14]-768[15] təyyarə
- 225 tank
|
|
40,000–150,000 mülki əhali, ümumi isə 300,000
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
İngilis dilində bu əməliyyat "Dəmir tayfun", yapon dilində isə yap. «Tesu-no ame»[19][20][21] adlandırılmışdır. Bu cür adların verilməsinin əsas səbəbləri ağır döyüşlər, fasiləsiz artilleriya atışları və ada ətrafına müttəfiqlərin sayı bəlli olmayaq gəmi və zirehli texnikasının toplanması, adaya olunan həmlələr buna rəvac vermişdir. Bu əməliyyat bütün Sakit okean cəbhəsinin ən qanlı döyüşlərindən olmuşdur. Döyüşdə yaponlar 100 000 əsgər və bir o qədərdə mülki əhalisini itirmişdir. Müttəfiqlərdən isə 12 000 əsgər ölmüş (böyük qismi ABŞ vətəndaşı) və 38,000 çox insan yaralışdır. Yaralıların böyük qismi özlərini öldürməklə canlarını qurtarırdılar. İlk hücum zamanı adanın mülkü əhalisinin ⅓`i həlak olmuşdur.
Əməliyyatın əsas hədəfi Yaponiyanın mühüm adalarından 544 km aralıda yerləşən iri adanın ələ keçirilməsi olmuşdur. Uzun sürən Sakit okeanda yerləşən mühüm adaların ələ keçirilməsi əməliyyatları başa çatdıqdan sonra (ing. island hopping) müttəfiqlər artıq Yaponiyaya yaxınlaşmışdılar. Okinava əməliyyatı "Daunfol əməliyyatına" tramplin rolu oynamalı idi. Bu məqsədlə Okinava hərbi hava qüvvələrinin bazası rolunu oynamalı idi. Hiroşima və Naqasakiyə atom bombasının atılması ilə və üstəlik yaponlar üçün gözlənilməz olan Sovet-yapon müharibəsi[22][23] sonda Yaponiyanın kapituliasiya aktına qol çəkməsinə səbəb olur. Bununla da əsas adalara hücum planı gercəkləşməmiş qalır.