Neftçala rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 86760 nəfərdir. Rayonda 18 inzibati-ərazi dairəsi üzrə nümayəndəlik, 17 bələdiyyə fəaliyyət göstərir.[3] Rayonun inzibati mərkəzi — Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Rayonun iri yaşayış məntəqələrinə Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləri daxildir.[3]
Bu məqalə Neftçala rayonu haqqındadır. Şəhər üçün Neftçala səhifəsinə baxın. |
Cəld faktlar Ölkə, Daxildir ...
Rayon | |
Neftçala | |
---|---|
| |
|
|
Ölkə | |
Daxildir | Şirvan-Salyan |
İnzibati mərkəz | Neftçala |
İcra başçısı | Mirhəsən Seyidov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 fevral 1940 |
Sahəsi | 1 451.7[1] km² |
Əhalisi | |
Əhalisi | 86 760[2] nəfər (2022) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-NEF |
Telefon kodu | 994 2126 |
Poçt indeksi | AZ 4700 |
Avtomobil nömrəsi | 47 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla