Neandertal insanı
From Wikipedia, the free encyclopedia
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300[1]—24[2].
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub.
İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca “homo sapiens” növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar “homo sapiens neandertalensis” adlanacaq.
Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: “homo sapiens neandertalises”in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur. Onlar kromonon adamının düzəltdiyindən heç də geri qalmayan əmək alətləri hazırlayıb, ailə və icma halında yaşayıb, odla davranma vərdişlərinə malik olub, qayalar üzərində rəssamlıq ediblər. Onların qadınları boyunlarından muncuq düzümləri asır, zəmanələrinin dəbinə uyğun olaraq heyvan dərisindən tüklü üzü bayıra olmaqla yaraşıqlı paltarlar tikirmişlər. Paltarların sapını isə ovladıqları heyvanların acı bağırsağından hazırlayırmışlar. Bu “homo sapiens”lər təəssüf ki, adam əti yeməyi də özlərinə rəva görürmüşlər. Görünür, nəsillərinin kəsilməsinə də məhz bu fakt səbəb olub. Alimlər müəyyən ediblər ki, neandertallar məsaməli ensefalit (beyin iltihabı) xəstəliyinə yoluxmuş qan qardaşlarının ətini, beynini yeməklə tədricən qırılıblar (Məsaməli ensefalit quduzluğa bənzər bir xəstəlikdir).
Ən maraqlısı odur ki, neandertallar nəinki kromononoidlərlə eyni vaxtda yaşayıblar, hətta onlarla intim münasibətlərə də giriblər. Onlardan törəyən nəsil güclü, yaşamaq uğrunda mübarizədə daha şanslı olsa da, alimlər bəzi suallara cavab verməkdə çətinlik çəkirlər: görəsən, onların uşaqları nəsilartırma qabiliyyətinə malik olublarmı? Müasirlərimizin arasında neandertallların törəmələri qalırmı?
Genetiklər yəqin ki, tezliklə bu suallara da cavab tapacaqlar. Ondan sonra hər kəs DNT analizi əsasında özünün uzaq əcdadlarının neandertallarla əlaqəsini müəyyən edə bilər.
Paleantropun - neandertal insanın Yer üzərində geniş yayılması belə bir müddəanın yaranmasına səbəb olmalı idi ki, hələ dilin təşəkkül tapmadığı dövrdə arxantroplar və sonra da paleantroplar Avropa, Asiya, Afrika kimi qitələrdə geniş yayılmışsa, deməli, sonrakı 35-40 min il ərzindəki təşəkkül dövründə müxtəlif dillər yaranmalı idi və deməli, bir ulu dildən söhbət gedə bilməzdi. Belə olduqda xalqlar da kök e’tibarilə fərqlənməli və dini inkişaf da tamamilə fərqli olmalı idi. Lakin tarixi faktlar və arxeoloji materiallar göstərir ki, bütün etnoslar, bütün dillər, bütün dinlər bir kökdəndir. Arxeoloji mədəniyyət sübut edir ki, arxantroplar və paleantroplar müxtəlif qitələrdə yayılsalar da, onların hamısı öz inkişafını sona çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir: «Sovet alimləri belə hesab edirlər ki, müxtəlif irqli müasir insanlar bir və ya bir-birinə çox yaxın olan bir qrup neandertallardan tədricən inkişaf edərək dəyişmələrinin nəticəsində formalaşmışdır. Neandertallara məxsus qeydə alınmış digər qalıqlar isə sadəcə olaraq öz sonrakı inkişafını dayandırmış və tədricən məhv olmuş növə aiddir». ) Deməli, neandertal insan Yer üzünün hər yerində - yayıldığı bütün ərazilərdə öz inkişafını başa çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir. Müasir insan tipinin təşəkkül prosesi Yer kürəsinin hər yerində deyil, müəyyən məhdud ərazidə baş vermişdir.