Naxçıvanda dövlət çevrilişinə cəhd
24 oktyabr 1992-ci ildə Naxçıvanda baş vermiş dövlət çevrilişi cəhdi / From Wikipedia, the free encyclopedia
Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd.
Naxçıvanda dövlət çevrilişinə cəhd | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
Tarix | 24 oktyabr 1992 | ||
Yeri | Naxçıvan Muxtar Respublikası, Azərbaycan | ||
Nəticəsi | Çevriliş cəhdi yatırıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir.
İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir.
24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir. Televiziya sədri öz otağında həbs edilmiş, silahlı dəstələrə rəhbərlik edən Fərəc Quliyev və Asəf Quliyev isə canlı efirə çıxmışdır. Bunun ardınca etirazçılar televiziya, DİN və Ali Məclis binalarının önündə toplaşaraq silahlı dəstələrin tərkisilah edilməsini tələb etmişdir. Həmin dəstələr axşam saatlarında mövqelərini tərk etmişdir.