Naroç gölü
From Wikipedia, the free encyclopedia
Naroç[1] (belar. На́рач) — göl Belarusun Minsk vilayətinin Myadelski rayonu ərazisində yerləşir. Naroç gölü eyni adlı çayın hövzəsindədir. Göl ümumilikdə Naroçan göllər sisteminə daxildir: (Myastro, Batorino, Blednoye).
Naroç gölü | |
---|---|
belar. Нарач | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 167 m |
Eni | 3,0 km |
Uzunluğu | 12,8 km |
Sahil uzunluğu | 41 km |
Sahəsi | 79,6 km² |
Həcmi | 199 ml |
Dərin yeri | 24,08 m |
Yerləşməsi | |
54°51′09″ şm. e. 26°44′59″ ş. u. | |
Ölkə | Belarus |
Vikianbarda əlaqəli mediafayllar |
Naroç gölü Naroçan göllər sisteminin və Belarusun ən iri böyük gölüdür. Onun su səthinin sahəsi 79,6 km²-dir. Ən dərin yeri 24,08 metrdir. Gölün uzunluğu 12,8 km, sahil xətti isə 41 km-dir. Su tutum sahəsi 710 milyon m³, gölün sahəsi isə 199 km² təşkil edir. Göldə ümumilikdə 22 növ balıq yaşayır. İri balıqlardan nərəkimilərə aid balıqlar vardır. Burada fısıldayan qu quşu, çay qaraquşu, Sternula albifrons kimi quşlar sahilində yuva qurur.
Naroç gölü bir necə min il öncə buzlağın ekzorasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Buzlağın əriməsi nəticəsində geniş ərazini su basmışdır. Nəticədə bir-biri ilə əlaqəsi olan bir necə göl meydana gəlmişdir. Göl Belarusiyanın şimal bölgəsində yerləşən digər göllər kimi eyni xüsusiyyətə malikdir.