Namurun mühasirəsi (fr. Siège de Namur; 20—25 avqust 1914-cü il) - Birinci Dünya müharibəsi əsnasında keçirilən hərbi əməliyyat nəticəsində, Alman ordusunun Belçikanın Valonya vilayətinin paytaxtı Namur şəhərinə hücumu.
Cəld faktlar Tarix, Yeri ...
Namurun mühasirəsi |
---|
Birinci Dünya müharibəsi |
Namur qalası |
Tarix |
20-25 avqust,1914-cü il |
Yeri |
Namur,Belçika |
Nəticəsi |
Almaniyanın qələbəsi |
|
|
4-cü piyada diviziya,fransız alayı,qala qarnizonu Cəmi: 35.000 nəfər,171 ağır qala topları
|
"Namur" zərbə qrupu: Mühafizə ehtiyat korpusu,3-cü Ordunun XI korpusu,VII Ehtiyat korpusunun diviziyası, 4 Avstriya-Macarıstan ağır batareyaları,almanların ağır artilleriyası Cəmi: 107.000 nəfər və təxminən 100 silah
|
|
15.000 (6.700 əsir daxil olmaqla)
|
300 ölü, 600 yaralı və məhbus
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Namur "Namur qalası" kimi tanınan,müasir fortlar (qala – əsasən qoşunlar tərəfindən işğal edilmiş bir möhkəm bina) halqası ilə əhatə olunmuşdu. 4-cü Belçika diviziyası tərəfindən müdafiə olunurdu. Mühasirə 20 avqustda başladı,Alman ordusu Leje mühasirəsi əsnasında (4-16 avqust) qazandıqları təcrübədən istifadə etdi və hücumdan əvvəl mühasirədə olan ağır mühasirə artilleriyası və dörd Avstriya-Macarıstan ağır batareyaları ilə qalaları bombardman etdilər.
Fransız ordusu Şarlerua döyüşündə məğlub oldu və buna görə də möhkəmlətmək üçün Namurda yalnız bir alayı qoya bildi. Qüvvələr yetərsiz olduğuna görə mühasirəyə alınan güclü və ağır artilleriya atəşə tutuldu. Qalanın son müdafiəçiləri avqustun 25-də,4-cü Belçika diviziyasının qalıqları,5-ci Fransa ordusu vasitəsilə cənubdan geri çəkildikdən sonra təslim olmaq məcburiyyətində qaldılar. Sonda geri çəkilmənin nəticəsi olaraq,mühasirə zamanı Antverpendəki Belçika səhra ordusuna qatıldılar.