Nağı bəy Şeyxzamanlı
From Wikipedia, the free encyclopedia
Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi.[1]
Nağı bəy Şeyxzamanlı | |
---|---|
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı | |
avqust 1919 – 6 mart 1920 | |
Əvvəlki | Məmmədbağır Şeyxzamanlı |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 1967 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, yazıçı |
Atası | Saleh bəy |
Həyat yoldaşları | Səlimə xanım, Həmidə Şeyxzamanlı |
Uşaqları | Adilə, Yavuz və Saleh |
Vikianbarda əlaqəli mediafayllar |
1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan Difai təşkilatının, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü olub. 1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. N. Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilabla Mübarizə Təşkilatı"nın rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. N. Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib.