Məhəmməd Füzuli heykəli (Bakı)
From Wikipedia, the free encyclopedia
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur.
Cəld faktlar Füzulinin heykəli, Ölkə ...
Füzulinin heykəli | |
---|---|
40°22′31″ şm. e. 49°49′55″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Füzuli meydanı |
Heykəltaraş |
Tokay Məmmədov Ömər Eldarov |
Memar | Hacı Muxtarov |
Tikilmə tarixi | 1958–1963 |
Material | bürünc, qranit |
İstinad nöm. | 451 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Bağla
Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər.