Murasaki Şikibu
Yaponiya yazıçısı və şairi / From Wikipedia, the free encyclopedia
Murasaki Şikibu (yap. 紫 式部; ən tezi 970 və ən geci 978, Heyan-kyo[d] – ən tezi 1014 və ən geci 1031, Heyan-kyo[d]) — Heyan dövründə yaşamış Yaponiya roman yazıçısı, şairi və saray dayəsi. Ən tanınmış əsəri 1000 və 1012-ci illər aralığında yapon dilində yazdığı "Gencinin hekayəsi" romanıdır. Murasaki Şikibu onun təxəllüsüdür, şəxsi adı məlum deyil. Lakin 1007-ci ilə aid bir saray gündəliyindəki Fucivara no Kaoruko (yap. 藤原 香子) adının əsl adı olduğu düşünülür.
Murasaki Şikibu | |
---|---|
yap. 紫式部 | |
| |
Digər adı | Fucivara no Kaoruko |
Doğum tarixi | ən tezi 970 və ən geci 978 |
Doğum yeri |
|
Vəfat tarixi | ən tezi 1014 və ən geci 1031 |
Vəfat yeri |
|
Həyat yoldaşı | Fucivara no Nobutaka |
Uşağı | Dayni no Sanmi |
Atası | Fucivara no Tametoki |
Milliyyəti | yapon |
Fəaliyyəti | məşuqə[d], roman yazıçısı, şairə, yazıçı, gündəlik yazıçısı[d], filosof |
Tanınır | "Gencinin hekayəsi" |
Vikianbarda əlaqəli mediafayllar |
Heyan dövründə qadınlar dövlət dili olan Çin dilini öyrənə bilməzdilər. Lakin təhsilli ailədə yetişən Murasaki kiçik yaşlardan etibarən Çin klassiklərinə maraq göstərmiş və Çin dilində səlis danışmağa başlamışdır. 25–30 yaşlarında evlənmiş, evliliyindən 2 il sonra - əri ölməmişdən öncə qızı olmuşdur. "Gencinin hekayəsi"ni nə vaxt yazmağa başladığı dəqiq məlum deyil, amma o, evli ikən və ya dul qaldıqdan qısa müddət sonra baş verdiyi güman olunur. Təxminən 1005-ci ildə Murasaki çox güman ki, yazıçı kimi reputasiyasına görə imperatorluq sarayında İmperatriça Şoşinin dayəsi olmağa dəvət edilmişdir. Xidməti boyunca yazmağa davam etmiş və əsərinə saray həyatından səhnələr də əlavə etmişdir. 5–6 il sonra sarayı tərk etmiş və Şoşi ilə birlikdə Biva gölü regionuna köçmüşdür. Alimlər onun ölüm tarixi üzərində mübahisə edirlər: çoxu 1014-cü ildə öldüyünü qəbul etsələr də, bəziləri onun 1031-ci ildə öldüyünü iddia edirlər.
Murasakinin ən məşhur əsərləri "Murasakinin gündəliyi" və "Gencinin hekayəsi"dir. Tamamlanmasından cəmi 10 il sonra "Gencinin hekayəsi" bütün əyalətlərdə yayılmışdır. Bir əsr sonra isə Yaponiya ədəbiyyatının klassiki olmuş və elmi tənqidin bir mövzusu olmuşdur. XX əsrin əvvəllərində onun əsəri tərcümə olunmuşdur: altı cildlik ingilis dilli tərcüməsi 1933-cü ildə tamamlanmışdır. Alimlər onun Heyan saray cəmiyyətinin qızıl dövrünü əks etdirən bu əsərinin əhəmiyyətini qəbul etməyə davam edirlər. XIII əsrdən etibarən onun əsərləri müxtəlif Yaponiya rəssamları və tanınmış ukiyo-e sənətçiləri tərəfindən illüstrasiya edilmişdir.