Millennium körpüsü (London)
From Wikipedia, the free encyclopedia
Millennium körpüsü Londonda Temza çayı üzərindəki piyadalar üçün körpüdür. Bu körpü polad asma körpü olub, Banksayd ilə Şəhəri birləşdirir. Körpü Sauzvak Körpüsü ilə Bləkfrayə Dəmiryolu Körpüsü arasında yerləşir. Körpü 10 iyun 2000-ci ildə açılıb. Bu Temza çayı üzərindəki ən yeni körpüdür.
Millennium körpüsü | |
---|---|
Millennium Bridge | |
51°30′37″ şm. e. 0°05′54″ q. u. | |
Keçid | Temza çayı |
Yeri | Sautark[d] |
Material | Polad |
Uzunluğu | 325 metr |
Eni | 4 metr |
Memar | Norman Foster |
Açılışı | 10 iyun 200 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər sakinləri tərəfindən "Tərpənən körpü" adı verilən körpü açılışdan iki gün sonra həyata keçirilən xeyriyyə yürüşündən sonra bəzi piyadaların narahatlığına görə bağlandı. İki gün ərzində körpünün həddən artıq yüklənməsinə görə körpü iki il müddətində əsaslı şəkildə təmir olundu və yırğalanmasının qarşısı alındı. 2002-ci ildə yenidən istifadəyə verildi.
Körpünün cənub tərəfindəki girişində Qlob Teatrı, Banksayd Qalereyası və Tate Modern, şimal tərəfindəki girişdə isə London Şəhər Məktəbi və Müqəddəs Pavel kafedral kilsəsi yerləşir.
Körpüyə ən yaxın metro stansiyası Mansion Hauz stansiyasıdır.