Midiya Şahbanusu
From Wikipedia, the free encyclopedia
Şahbanu (شهبانو) — Qədim Midiya İmperiyası dövründə ilk dəfə istifadə olunmuş dövlət statusudur və şahın əsas (baş) xanımına deyilirdi, hansı ki, o xanım həm iqtidarda, həm ailədə, həm də xalq arasında böyük hörmətə və qarşısıalınmaz gücə malik idi. Belə desək, şahbanuluqla bağlı ilk qayda-qanunlar bu imperiyanın dövründə formalaşmışdır.[2] Midiya, Mada[3] və ya Maday[4][5] (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.[6] Dövlət ilkin dövrdə tarixi Azərbaycan[7][8][9][10][11][12] və ya Şimali İran[13] ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.[14] Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.[15] Midiya İmperiyasının 200 illik tarixində altı hökmdarı və yeddi şahbanusu olmuşdur (Kiaksar dövründə onun xanımı, ardınca nəvəsi). İlk şahbanu Zənən xanım, sonuncusu Mandana olmuşdur. Beşinci Şahbanu Amitis isə dünya tarixdə ən məşhur olanıdır.