Mavi saat
From Wikipedia, the free encyclopedia
Mavi saat (Fransızca: l'heure bleue), günəş doğmazdan və günəş batmazdan əvvəl, gündüz və gecə arasındakı dövrdə demək olar ki, bütün səmanın mavi rəng ilə dolu olduğu alatoranlıq. Rayleighin səpilməsi təsirindən yaranır. Qızıl saat (İngiliscə: Magic hour/Golden hour (Sehrli saat/Qızıl saat)) ilə keyfiyyətli bir işıq mühiti yaratdığından bu rəng xüsusilə fotoqraflar tərəfindən seçilir. Ancaq “Mavi saat”ın heç bir sahədə rəsmi tərifi yoxdur.
“Mavi saat” vaxtı səhər və axşam təxminən 20 dəqiqə davam edir və qırmızı şüaların kosmosa doğru geriyə çəkilərkən mavi işıqların atmosferə səpələnməsi nəticəsində baş verir. Günəş üfüqdə 4 ilə 8 dərəcə olduqda, mavi işıq spektrları daha aydın olur.