Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)
From Wikipedia, the free encyclopedia
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir.
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə | |
---|---|
Март 1918 г. Баку. Азербайджанские погромы в документах | |
Müəllif | Solmaz Rüstəmova-Tohidi |
Orijinalın dili | Rus dili |
Orijinalın nəşr ili | 2009 |
Rəssam | Mübariz Məmmədrzayev, Ceyhun Mahmudov |
Nəşriyyat | INDIGO |
Səhifə | 864 |
Tiraj | 1000 |
ISBN | ISBN 978-9952-8000-9-8 |
Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur.
Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir.