Mariupolun mühasirəsi 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Şərqi Ukraynaya hücumun bir hissəsi olaraq Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatdır. Mariupol şəhəri Ukraynanın Donetsk vilayətində yerləşir və Rusiyanın dəstəklədiyi separatçı Donetsk Xalq Respublikası tərəfindən iddia olunur. Martın 2-də rus qoşunları şəhəri tamamilə mühasirəyə aldılar, bundan sonra tədricən şəhərə nəzarəti ələ keçirdilər. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı vəziyyəti "apokaliptik" adlandırdı və Ukrayna səlahiyyətliləri Rusiyanı şəhərdə böyük humanitar böhran yaratmaqda günahlandırdı[1][2], şəhər rəsmiləri təxminən 21.000 mülki şəxsin öldürüldüyünü bildirdi.[3]
Cəld faktlar Tarix, Yeri ...
Bağla